Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

Hazırda oxunan: Əhalinin gününü qaraldan yol problemi: "Heç vertolyot da bura enə bilməz" - VİDEO

624298

Xızı rayonunun Qars kəndinin sakinləri illərdir davam edən yol problemindən şikayətçidirlər. Onların sözlərinə görə, rayon mərkəzindən cəmi 6 kilometr uzaqlıqda yerləşən kəndə çatmaq böyük çətinliyə çevrilib

Bizim.Media xəbər verir ki, sakinlər Baku TV-yə bildirirlər ki, xüsusilə yağışlı havalarda yol tamamilə keçilməz vəziyyətə düşür. Kəndə nə təcili yardım maşını, nə də adi minik avtomobilləri rahat daxil ola bilirlər.

"Xəstəmiz olanda nə edək? Heç vertolyot da gəlsə, bura enə bilməz. Gözləyirik ki, ölsün, aparıb basdıraq. 73 yaşım var, hələ burada gün görməmişəm", - deyə kənd sakini bildirib.

Digər sakin isə qeyd edib ki, kənddə üç qəbiristanlıq olsa da, yolsuzluq səbəbindən dünyasını dəyişən insanları dəfn etməyə aparmaq belə çətinləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO