Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Hazırda oxunan: Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

624204

Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iyulun 8-də saat 21:30 radələrində 2 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib, onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən 1 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Xatırladaq ki, “VAZ 2107" ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO