AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

Hazırda oxunan: AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? – DOSYE

623545

Xəbər verdiyimiz kimi, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Bizim.Media yeni sədr müavininin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Əli Nəbiyev AQTA-nın sədr müavini TƏYİN EDİLDİ


Əli Tahir oğlu Nəbiyev 26 aprel 1993-cü ildə Bakı şəhərində anadan olub.

Ali təhsilini Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində, Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019 – 2021-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib.

2021 – 2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

30 iyun 2021-ci ildən Mediasiya Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. 21 iyul 2023-cü ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 1 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO