Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Qobustan qəzasında xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Qobustan qəzasında xəsarət alanların SON DURUMU

623536

Qobustan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-dən “Bizim.Media”nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Bakı–Şamaxı–Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən qəza səbəbilə xəsarət alan 7 nəfər (6 kişi, 1 qadın) 05.07.2026-cı il tarixində saat 17:50 radələrində Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib.
 

Daha ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə 1 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1 nəfərin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.


Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən 1 nəfər (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30 radələrində dünyasını dəyişib.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO