Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra mərhumun nəşi doğma kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Şəhid Əhmədov Rauf Əjdər oğlu 23.07.1969-cu ildə Sarov kəndində anadan olub. 1976-1984-cü illərdə Sarov kənd orta məktəbində, 1984-1986-cı illərdə isə Dəliməmmədli məktəbində təhsil alıb.
1987-1989-cu illərdə SSRİ ordusunda hərbi xidmət keçib. 1992-ci ildə Qazax batalyonu ilə könüllü olaraq döyüşlərə qatılıb. Murovdağ, Fizuli, Ağdərə, Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
02.03.1993-cü il tarixdə Ağdərə rayonunda itkin düşüb. 1999-cu il tarixdə məhkəmə qərarı ilə Şəhid hesab edilib. Onun nəşi Ağdərə rayonu Sərsəng su anbarı yaxınlığından tapılıb.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 03.07.2026
Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO
Hazırda oxunan: Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO
Hazırda oxunan: Şəhid Rauf Əhmədovun nəşi doğma kəndində torpağa tapşırıldı – FOTO/VİDEO
623055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































