Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Hazırda oxunan: Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO
622827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib.

Bizim.Media xəbər verir ki, Alyona Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib:

“İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir”.
 

Ə.Məlikova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.


Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.

Nazir müavini bildirib ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə deyil, həm də müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Bu baxımdan yaradıcı sənaye sahələrinin, xüsusilə dizayn və modanın milli irsin təbliğində rolu getdikcə artır. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə innovasiyanın vəhdət təşkil etdiyi zaman milli irsin yeni nəfəs qazandığını, daha geniş auditoriyaya çatdığını və aktuallığını qoruduğunu bir daha nümayiş etdirir.

Daha sonra layihə üçün xüsusi hazırlanmış videoçarx nümayiş olunub.

Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr olunub və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirib.
 

Moda nümayişində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli ornamentlər və qədim simvollar müasir estetik baxış prizmasından təqdim edilib. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd olunan görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun zəngin yaradıcılığı olub. Dizaynerlər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə əks etdiriblər.


“Fashion Show” çərçivəsində 14 peşəkar modelyer-dizayner – Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş etdirilib.

Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi, həmçinin bu irsin müasir təqdimat formaları vasitəsilə daha geniş auditoriyaya çatdırılmasıdır.

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 1
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 2
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 3
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 4
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 5
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 6
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 7
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 8
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 9
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 10
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 11
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 12
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 13
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 14
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 15
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 16
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 17
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 18
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 19
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 20
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 21
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 22
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 23
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 24
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 25
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 26
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 27
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 28
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 29
Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO - foto 30

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO