Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

622208

Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll ediblər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib.

O, təfərrüatları açıqlamaqdan imtina edib.

“Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin başa düşdüyünüz kimi, bu məsələlər ağır faciə yaşamış, əvəzolunmaz itki vermiş konkret şəxslərə aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim”, - Rusiya XİN başçısının müavini qeyd edib.

Xatırladaq ki, bu il aprelin 15-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin birgə bəyanatında AZAL-a məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəlindiyi qeyd olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO