Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI

Hazırda oxunan: Yevlax və Xaçmazdakı qaraçılarla bağlı HESABAT HAZIRLANDI
621490
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ombudsmanı romanilərin (qaraçıların) sosial vəziyyəti ilə bağlı monitorinq həyata keçirib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorciyev Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
 

Onun sözlərinə görə, Ombudsman tərəfindən insan hüquqlarının müdafiəsi və bərabərlik hüququnun təmin edilməsi istiqamətində müxtəlif mövzular üzrə monitorinqlər aparılıb və hesabatlar hazırlanıb:


"Nəşr etdiyimiz monitorinq hesabatları sırasında Yevlax və Xaçmaz regional mərkəzləri üzrə romanilərin (qaraçıların) sosial vəziyyətinə dair araşdırma da yer alır. Monitorinqlərin məqsədi həssas əhali qruplarının hüquqlarının müdafiəsini gücləndirmək, mövcud problemləri müəyyənləşdirmək və aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyələr təqdim etməkdir.

Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO