“BakıBus”larda “Afrika–Arktika” temperaturu – Kondisionerin orta dərəcəsi niyə yoxdur?

“BakıBus”larda “Afrika–Arktika” temperaturu – Kondisionerin orta dərəcəsi niyə yoxdur?

Hazırda oxunan: “BakıBus”larda “Afrika–Arktika” temperaturu – Kondisionerin orta dərəcəsi niyə yoxdur?

621261

İctimai nəqliyyatda, xüsusilə elektrik avtobuslarında kondisioner sisteminin işləmə qaydası ilə bağlı narahatlıqlar var. Sərnişinlər şikayətlənir ki, avtobuslarda temperatur balanslı şəkildə tənzimlənmir: kondisioner işləmədikdə salon həddindən artıq isti olur, işə salındıqda isə normadan artıq soyudulur. Başqa sözlə, sərnişinlər Afrika ilə Arktika arasında qalıb.

Nəticədə isə xəstələnmək istəməyən sərnişinlər qısa məsafəli səfərlərdə də özləri ilə şarf, jaket götürməli olurlar. Hər halda isti yay günlərində insanların qalın geyim daşımaq məcburiyyətində qalması normal hal hesab edilə bilməz. Sərnişin rahatlığı və sağlamlığı üçün kondisioner sistemlərinin orqanizm temperaturuna uyğun şəkildə tənzimlənməsi yaxşı olardı.

Sürücülər isə temperaturun mərkəzləşdirilmiş sistem vasitəsilə idarə olunduğunu və dəyişiklik etmək imkanlarının olmadığını qeyd edirlər. Məsələni dəqiqləşdirmək üçün BakuBus MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda mərkəzləşdirilmiş tənzimləmə sistemi təsdiqləndi:

“Avtobuslarda kondisioner sistemi mərkəzləşdirilmiş qaydada idarə olunur və sürücülərin temperatur göstəricilərinə müdaxilə etmək imkanı yoxdur. Bu yanaşma sərnişin salonunda vahid və stabil mikroiqlimin qorunmasına xidmət edir.

Hazırda avtobuslarda temperatur 22°C səviyyəsində tənzimlənib. Bu göstərici sərnişinlərin rahatlığı, havalandırma tələbləri və mövsümi şərait nəzərə alınmaqla tətbiq edilən optimal temperatur həddi kimi qəbul olunur”.

Əgər belədirsə, aidiyyəti qurumlar sərnişinlərin narazılığını nəzərə alaraq temperatur göstəricilərini yenidən qiymətləndirməlidirlər. Çünki nəticədə məqsəd sərnişinlərin məmnunluğunu təmin etməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO