Son dövrlərdə paytaxtda bəzi marşrut xətlərində avtobuslar yeniləri ilə əvəzlənsə də, hələ də köhnə, havalandırma sistemi zəif olan və sərnişinlərin narahatlığına səbəb olan nəqliyyat vasitələri fəaliyyət göstərir.
Belə marşrutlardan biri də "Neftçilər" metrostansiyası ilə Naximov küçəsi istiqamətində hərəkət edən 51 nömrəli avtobus xəttidir. Sərnişinlər marşrutda istismar müddətini başa vurmağa yaxınlaşan avtobuslardan istifadə olunduğunu, xüsusilə yay aylarında havalandırma probleminin ciddi narahatlıq yaratdığını bildirirlər. Onların sözlərinə görə, marşrutun hələ də yenilənməməsi narazılığa səbəb olur.
Bəs bu xəttin avtobuslarının yeniləriylə əvəzlənməsi gözlənilir?
Bizim.Media məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Agentlikdən saytımıza bildirilib ki, 51 nömrəli marşrut üzrə də daşıyıcı şirkət tərəfindən yeni avtobuslar sifariş edilib.
"Yaxın zamanda avtobusların yenilənməsi nəzərdə tutulub".
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 24.06.2026
Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobus xətti də YENİLƏNİR
Hazırda oxunan: Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobus xətti də YENİLƏNİR
Hazırda oxunan: Sərnişinlərə ŞAD XƏBƏR - Bu avtobus xətti də YENİLƏNİR
621086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































