Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

Hazırda oxunan: Xaçmazda evdən 50 minlik OĞURLUQ – ANBAAN VİDEO

621223

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Calal Səfərəliyev və tanışı, 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar.

Bizim.Media xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar.
 

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə Xaçmaz rayonu ərazisində yerləşən otellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov da saxlanılıb.


Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO