Kimlərə qarğıdalı yemək olmaz?

Kimlərə qarğıdalı yemək olmaz?

Hazırda oxunan: Kimlərə qarğıdalı yemək olmaz?
620821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir.

Bizim.Media əsas faydalarını təqdim edir:

Gözləri qoruyur: Tərkibindəki antioksidantlar (xüsusilə zeaksantin) yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.

Sidikqovucu təsir: Yalnız dənələri deyil, xüsusi dəmlənən qarğıdalı saçaqları da təbii sidikqovucu olaraq böyrəklərə və sidik kisəsinə müsbət təsir göstərir.

Həzmi asanlaşdırır:

Tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizlik kimi problemlərin qarşısını alır.

Enerji verir: Tərkibindəki davamlı nişasta sayəsində bədəni uzun müddət tox saxlayır və əla enerji mənbəyi hesab olunur.

Ürək sağlamlığını qoruyur: Kaliumla zəngin olduğu üçün qan təzyiqini (təzyiqi) tənzimləməyə kömək edir.

Kimlərə olmaz?

Mədə-bağırsaq problemləri: Xüsusilə xora və qastriti olanlarda lifli quruluşu səbəbindən həzm çətinləşə bilər.

Qıcıqlanmış bağırsaq sindromu: Bağırsaqlarında həssaslıq olanlarda köp və ağrıları artıra bilər.

Allergiyası olanlar: Qarğıdalı zülalına qarşı dözümsüzlük və ya allergik reaksiyaları olanlar. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO