Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Hazırda oxunan: Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

620780

Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
 

Qurumdan bildirilib ki, yeni dəyişiklik sərnişinlərin rahatlığını artırmaq məqsədi daşıyır və artıq rayonlara səfər üçün Bakı Dəmiryol Vağzalına və ya digər stansiyalara getməyə ehtiyac qalmır.


"Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur", - deyə ADY-nin açıqlamasında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO