Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Hazırda oxunan: Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

620675

Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.

Bizim.Media  xəbər verir ki, əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.

Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.
 

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.


Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.

Daha ətraflı “Xəzər Xəbər”in reportajında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO