Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI

Hazırda oxunan: Qəbələdəki ölümcül qəzanın TƏFƏRRÜATI
620548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Gecə saatlarında baş verən qəza zamanı avtomobilin iki piyadanı vurması nəticəsində onlardan biri hadisə yerində dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə dünən saat 22:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rabil Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən piyadanı — 16 yaşlı Yusif Əhmədlini vurub. Ağır bədən xəsarətləri alan yeniyetmə hadisə yerindəcə keçinib.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan digər piyada isə dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO