MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

619783

17 iyun tarixində Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. 

O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.

İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.

Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO