Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Hazırda oxunan: Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI
618968
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universitetindən 6200-dən çox tələbə bakalavriat və magistratura səviyyələri üzrə məzun olur.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev Məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Rektor qeyd edib ki, onların arasında xarici tələbələr də var.

"Bu gənclər qalib ölkənin Zəfər işığında təhsil alıblar. İnanıram ki, onlar Azərbaycanın inkişafına öz layiqli töhfələrini verəcəklər. Bu il 107 yaşı tamam olan qədim elm və ali təhsil ocağı hər zaman öz tələbələri ilə fəxr edib və bundan sonra da fəxr edəcək.
 

Belə bir universitetin məzunu olmaq hər kəsə nəsib olmur. Burada təhsil alan hər bir şəxs bununla qürur duymalıdır. Universitetimizin beynəlxalq reytinq cədvəllərindəki göstəriciləri ildən-ilə yaxşılaşır, mövqeyi yüksəlir.


Bu gün tələbələrimiz yalnız auditoriyalarla vidalaşırlar. Onlar hər zaman BDU ailəsinin üzvü olaraq qalacaqlar və bizimlə əlaqələrini davam etdirəcəklər. Artıq bu gün BDU məzunları ölkəmizdə yüksək vəzifələr tutur, xaricdə isə Azərbaycanı layiqincə təmsil edirlər.

Universitetdə yeni ixtisaslar yaradılıb. Əmək bazarının tələblərinə uyğun ixtisaslaşmalar üzrə, xüsusilə magistratura səviyyəsində yeniliklər həyata keçirilir. Eyni zamanda, universitetin infrastrukturu yenilənir, genişmiqyaslı təmir və abadlıq işləri aparılır", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO