Qaxda idarəetmədən çıxan maşın ağaca çırpıldı - FOTO

Qaxda idarəetmədən çıxan maşın ağaca çırpıldı - FOTO

Hazırda oxunan: Qaxda idarəetmədən çıxan maşın ağaca çırpıldı - FOTO

618068

Qax-Qıpcaq-Kötüklü avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini Faiq İbrahimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil itarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

 

Nəticədə sürücü və avtomonildə olan həyat yoldaşı Xanım İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəşx hesab edir.

Faktla baglı araşdırma aparılır.







Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO