Sarayda müəllim şagirdi vurub? - AÇIQLAMA

Sarayda müəllim şagirdi vurub? - AÇIQLAMA

Hazırda oxunan: Sarayda müəllim şagirdi vurub? - AÇIQLAMA

617583

Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdin üzünə vurması ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış bloqer Saleh Nəsirov məlumat paylaşıb.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayılıb. İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Məlumatda qeyd edilib ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO