Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi – FOTO

Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi – FOTO

Hazırda oxunan: Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi – FOTO

617171

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G. Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan - Odessanın prokuroru, 2015-ci ilin dekabrından - Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hökuməti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub. (Mənbə: Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO