Ötən gün Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən daha biri həyatını itirib.
Bizim.Media xəbər verir ki, həyatını itirən şəxs qəzada faciəli şəkildə ölən Elgün Həsənovun böyük qardaşı Ramil Həsənovdur.
Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında rayon ərazisində qeydə alınmışdı. Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin ağaca çırpılması nəticəsində sərnişini 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirmiş, onun qardaşı 41 yaşlı Ramil Həsənov isə xəstəxanaya çatdırılmışdı. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:38 / 04.06.2026
Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
Hazırda oxunan: Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
Hazırda oxunan: Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ
617164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































