Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir

Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir

617150

"Yol hərəkəti haqqında" Qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur.

Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
 

Mövcud qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasında olur, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.


Bu qrup nişanların müxtəlif fonları var. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir.

Layihədə isə təklif olunur ki, göy fon avtomagistral və bütün avtomobil yollarını ifadə etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO