Vüqar Rəhimzadə: “İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir”

Vüqar Rəhimzadə: “İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir”

Hazırda oxunan: Vüqar Rəhimzadə: “İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir”

616947

“Dövlətimiz regionlarımızın, Qarabağın və Şərqi Zəngəzurun inkişafında çox böyük işlər görməkdədir. Müasir şəhərlərin, qəsəbələrin salınması və 30 ildən artıq dövr ərzində həsrətində olduğumuz o torpaqlara Böyük Qayıdışın təmin olunması çox şərəflidir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduqca vacibdir:

“Dəyərli bir dövr yaşayırıq. İnsanların qayıdışı, müvəqqəti sözündən xilas olması, əbədi olaraq öz ata-baba, dədə-baba torpaqlarına qayıdışı çox şərəflidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO