MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirildi

MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirildi

Hazırda oxunan: MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirildi

616924

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib. Qeydiyyat mərhələsində namizədlərdən ödəniş tələb olunmur.

Bizim.Media xəbər verir ki, bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir.

Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.

Qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edə bilərlər.

Bildirilib ki, namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq.

Məlumata görə, ödəniş elektron qaydada həyata keçiriləcək. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO