Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR: Qəbzlərdə yeni məlumat əks olunacaq

Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR: Qəbzlərdə yeni məlumat əks olunacaq

Hazırda oxunan: Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR: Qəbzlərdə yeni məlumat əks olunacaq

616817

İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində növbəti yenilik istifadəyə verilir.

Bizim.Media xəbər verir ki, bu barədə "Bakıkart"dan məlumat verilib.

Artıq sərnişinlər bank kartı ilə həyata keçirdikləri ödənişlər üzrə qəbzlərdə gedişin aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə biləcəklər.

Yeni funksionallıq istifadəçilərə ödənişlərini daha rahat izləməyə, əməliyyatların hansı marşrut və ya metro stansiyasına aid olduğunu daha asan müəyyən etməyə imkan verəcək. Bu isə ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir.
 

Qeyd edək ki, bu funksionallığın bir hissəsi ötən aydan etibarən Birbank mobil tətbiqində aktivdir. İstifadəçilər ödəniş qəbzlərində əməliyyatın aid olduğu marşrut xəttini və ya metro stansiyasını görə bilirlər.


Yeni yanaşmanın digər bank tətbiqlərində də tətbiqi sərnişinlərin ödəniş məlumatlarını daha rahat izləməsinə və əməliyyatları daha asan identifikasiya etməsinə imkan yaradacaq. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO