Kür çayının yaxınlığında gənc oğlanın meyiti tapıldı

Kür çayının yaxınlığında gənc oğlanın meyiti tapıldı

Hazırda oxunan: Kür çayının yaxınlığında gənc oğlanın meyiti tapıldı

616662

Samux rayonunda bədbəxt hadisə qeydə alınıb.

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, Kür çayının rayon ərazisindən keçən hissəsinin kənarında 2008-ci il təvəllüdlü E.Məmmədovun meyiti aşkar edilib.
 

Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, gəncin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, o, bir müddət əvvəl ürək əməliyyatı keçiribmiş.


Meyit, ölümün dəqiq səbəbinin müəyyən olunması üçün aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO