Meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib - FOTO

Meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib - FOTO

Hazırda oxunan: Meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib - FOTO

616038
Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 800 mindən artıq ağac əkilib.
 
Moderator.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.
 
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, martın 24-25-də Bərdə, Şəmkir, Tovuz, Şamaxı, Qəbələ, Şəki, Quba, Şabran və Lənkəran rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 20 mindən çox ağac əkilib.
 
“Yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 800 mindən artıq ağac əkilib, 20 ton toxum səpilib”, - o deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO