İsti havalarda balıq YEYƏK, yoxsa YOX?

İsti havalarda balıq YEYƏK, yoxsa YOX?

Hazırda oxunan: İsti havalarda balıq YEYƏK, yoxsa YOX?

615701

Yayda balıq tez xarab olduğu üçün düzgün saxlama qaydalarına ciddi əməl etmək vacibdir.

Əsas prinsiplər bunlardır:

Bizim.Media balıq saxlamağın vacib qaydalarını təqddim edir:

Təzə balıq aldıqdan sonra mümkün qədər tez soyuducuya qoyulmalıdır. Əgər dərhal bişirilməyəcəksə, balıq təmizlənib yuyulduqdan sonra hava keçirməyən qabda və ya paketdə saxlanmalıdır.
 

Soyuducuda temperatur 0–4°C aralığında olmalıdır. Bu şəraitdə təzə balıq adətən 1 gündən çox saxlanmamalıdır. Daha uzun saxlamaq üçün dondurucuya qoymaq lazımdır. Dondurucuda balıq -18°C-də saxlanarsa, bir neçə ay keyfiyyətini qoruyur. Amma ən yaxşı dad və qida dəyəri üçün 1–2 ay ərzində istifadə edilməsi məsləhətdir.


Balıq heç vaxt otaq temperaturunda uzun müddət qalmalı deyil. Xüsusilə yayda 1–2 saatdan çox kənarda qalması bakteriya çoxalmasına səbəb ola bilər.

Bişmiş balıq da soyuducuda saxlanmalıdır və 1–2 gün ərzində yeyilməlidir.

Əgər balıqdan xoşagəlməz qoxu gəlirsə, rəngi dəyişibsə və ya yapışqanlaşıbsa, onu istifadə etmək olmaz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO