Bakıda 50 minə qədər tamaşaçı tutan konsert arenası İNŞA EDİLƏCƏK

Bakıda 50 minə qədər tamaşaçı tutan konsert arenası İNŞA EDİLƏCƏK

Hazırda oxunan: Bakıda 50 minə qədər tamaşaçı tutan konsert arenası İNŞA EDİLƏCƏK

615585

“Sea Breeze” kurort kompleksinin inkişafı çərçivəsində yeni konsert məkanı olan “Dream Arena”nın tikintisi planlaşdırılır. Bu məkan gündə 50 minə qədər tamaşaçı qəbul etmək üçün nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov bu barədə “Dream Fest” festivalına həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, yeni arena layihənin beynəlxalq musiqi tədbirlərinin yeni səviyyəsinə qaldırılmasına imkan verəcək və dünyasəviyyəli sənətçilərin konsertlərinə müntəzəm ev sahibliyi etmək imkanı yaradacaq.

“Dream Fest” festivalı perspektivdə “Sea Breeze”də hazırda planlaşdırma və tikinti mərhələsində olan yeni meydançaya köçürüləcək.

Ağalarov qeyd edib ki, hazırkı meydança təxminən 10 min nəfər üçün nəzərdə tutulub, yeni arena isə tamaşaçı sayını 50 minə qədər artıracaq və tədbirin keçirilməsi formatını genişləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO