Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO

Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO
615531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib.

2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
 

O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.


2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.


Cavid Paşayev Sabunçu Tibb Mərkəzinin direktoru TƏYİN EDİLDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO