Naxçıvan Muxtar Respublikanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq.
Bizim.Media xəbər verir ki, aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S. Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu səbəbdən mayın 26-ı saat 02:00-dan 04:00-dək həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 25.05.2026
Mayın 26-da bu ərazilərdə işıq olmayacaq
Hazırda oxunan: Mayın 26-da bu ərazilərdə işıq olmayacaq
Hazırda oxunan: Mayın 26-da bu ərazilərdə işıq olmayacaq
615363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































