Nazir Xəzərin suyunun azalmasının səbəbini AÇIQLADI

Nazir Xəzərin suyunun azalmasının səbəbini AÇIQLADI

Hazırda oxunan: Nazir Xəzərin suyunun azalmasının səbəbini AÇIQLADI
615043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzər dənizinin suyunun azalmasının səbəbi təkcə iqlim dəyişiklikləri deyil.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif platformalarda Xəzəryanı dövlətlərlə əməkdaşlığa başlayıb:

"Tarixə baxdıqda Xəzər dənizinin suyunun azalması və çoxalmasını dəfələrlə müşahidə etmişik. Hazırkı azalmanın səbəbi yalnız iqlim dəyişiklikləri deyil. Müxtəlif tədbirlər planlarının üzərində iş gedir. Əsasən bu planlar adaptasiya mexanizmləri üzərində qurulur.
 

Həm Tehran Konvensiyası çərçivəsində, həm də ikitərəfli işçi qruplar vasitəsilə müzakirələr aparılır. Misal üçün, aprel ayında Qazaxıstanla ikitərəfli işçi qrupun ilk iclası keçirilib və müzakirələr artıq başlayıb.


Nəticə etibarilə, bu məsələlərin həlli yalnız bir dövlət tərəfindən deyil, Xəzəryanı bütün dövlətlər tərəfindən birgə və ardıcıl tədbirlər vasitəsilə təmin edilməlidir."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO