WUF13 çərçivəsində nə qədər sərnişin daşınıb?

WUF13 çərçivəsində nə qədər sərnişin daşınıb?

Hazırda oxunan: WUF13 çərçivəsində nə qədər sərnişin daşınıb?

614935

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi WUF13 çərçivəsində Agentlik tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilib.

Qeyd edilib ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərib.

“Tədbirlə bağlı daşımalar başlayandan (12-22 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 10 220 səfər yerinə yetirilib və 179 000-ə yaxın sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub” – məlumatda bildirilib.

Qeyd edilib ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilib.

Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO