Mayın 22-si saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.
Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:14 / 22.05.2026
İntensiv və güclü yağış yağır – Faktiki hava
Hazırda oxunan: İntensiv və güclü yağış yağır – Faktiki hava
Hazırda oxunan: İntensiv və güclü yağış yağır – Faktiki hava
614841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































