Şimali Kipr nümayəndəsi: “WUF13 çərçivəsində təşkilatçılıq möhtəşəmdir”

Şimali Kipr nümayəndəsi: “WUF13 çərçivəsində təşkilatçılıq möhtəşəmdir”

Hazırda oxunan: Şimali Kipr nümayəndəsi: “WUF13 çərçivəsində təşkilatçılıq möhtəşəmdir”

614714

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin gələcəyini yalnız memarlıq və infrastruktur baxımından deyil, həm də sosial ədalət, dayanıqlılıq, ekoloji təşəbbüslər, rəqəmsal transformasiya və iqtisadi dayanıqlılıq kimi müəyyən istiqamətlər üzrə müzakirə etdiyi üçün uğurlu qlobal platformadır. Xüsusilə iqlim böhranı, sürətli urbanizasiya və miqrasiya məsələlərinin nəzərə alınması çox vacib amillərdir. Bu baxımdan hazırda keçirilən tədbirin və təşkilatçılığın çox uğurlu olduğunu deyə bilərəm”.

Bizim.Media xəbər verir ki, bunu “azertag.az”a açıqlamasında Kipr Türk Mavi Vətən Assosiasiyasının sədr müavini Mətin Yılğın deyib.
 

Onun sözlərinə görə, bu mötəbər tədbir “Ağıllı şəhər” texnologiyalarının, yaşıl nəqliyyat sistemlərinin və bərpaolunan enerji istifadəsinin şəhər həyatına inteqrasiyası həyat keyfiyyəti baxımından çox səmərəli nəticələr verəcək:


"Burada su resurslarının istifadəsinin və şəhər planlaşdırılmasında qidaya çıxış imkanlarının nəzərə alınması da məhsuldarlığı artıracaq. Osmanlı dövründə bunun əslində yaxşı nümunələri var idi. Belə ki, Osmanlı dövründə paytaxtların və böyük şəhərlərin ətrafında qidaya çıxışı təmin etmək məqsədilə istehsal məntəqələri yaradılırdı. Şəhərlər planlaşdırılarkən miqrasiyanın yalnız şəhərlərə yönəlməsi deyil, şəhərlə kənd və xarici yaşayış məkanlarının inteqrasiyası təmin edilirdi. Bu baxımdan WUF13-də də həmin tarixi yanaşmanın izlərini gördük.

Cəmiyyət üçün inklüziv və həyat keyfiyyətini yüksəldən bir model olduğu üçün bunu çox uğurlu hesab etdik.

Həmçinin WUF13 çərçivəsində möhtəşəm bir təşkilatçılıq var. Çox düzgün tapşırıqlar, bölgüsü, yönləndirmələr və nəqliyyatla bağlı yüksəksəviyyəli qonaq xidməti təqdim olunur. Buna görə başda Prezident İlham Əliyev olmaqla, tədbirə dəstək verən hər kəsə təşəkkür edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO