Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO

Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO

Hazırda oxunan: Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO
614531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Pavilionunda “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, lüğətin tərtibçiləri Cəmilə İsmayılzadə, Şücaət Əhmədzadə, Nuriyyə Həsənova, Nərmin Tahirli və Murad Cəbrayılovdur.

Təqdimat mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şöbə müdiri Ramil Cahangirov bildirib ki, şəhərlər üçün nəzərdə tutulan izahlı lüğətin hazırlanması həqiqətən çox dəyərli təşəbbüsdür.

“Son təxminən beş il ərzində, hətta daha uzun müddətdir ki, biz beynəlxalq həmkarlarla fəal şəkildə çalışırıq. Təkcə biz yox, memarlar, xüsusilə gənc memarlar və şəhərsalma mütəxəssisləri, şirkətlər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir”.

Onun sözlərinə görə, məhz bu baxımdan ortaq bir dilin olması çox vacibdir:

"Bu lüğət memarlar, şəhərsalma mütəxəssisləri və ümumiyyətlə bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir vasitə olacaq. Bundan əlavə, lüğət terminologiyanın vahid şəkildə istifadə olunmasına, əsas və aktual anlayışların daha yaxşı başa düşülməsinə kömək edəcək.

Əlbəttə, bu təşəbbüs tələbələr, gənc memarlar və akademik mühit üçün də çox faydalıdır”.

Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO - foto 1
Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO - foto 2
Şəhərsalmada ortaq dil – WUF13-də yeni lüğət təqdim olundu – FOTO - foto 3

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO