Bakıda rəngli mənzərə: Azərbaycan xanımları milli geyimlərdə - FOTOLAR

Bakıda rəngli mənzərə: Azərbaycan xanımları milli geyimlərdə - FOTOLAR

Hazırda oxunan: Bakıda rəngli mənzərə: Azərbaycan xanımları milli geyimlərdə - FOTOLAR

614433

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə QHT Agentliyindən məlumat verilib.

"Aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb", - məlumatda bildirilib.
 

Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə. Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.


S. Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO