Qarabağ Universiteti 6 yeni ixtisasa TƏLƏBƏ QƏBULU aparacaq

Qarabağ Universiteti 6 yeni ixtisasa TƏLƏBƏ QƏBULU aparacaq

Hazırda oxunan: Qarabağ Universiteti 6 yeni ixtisasa TƏLƏBƏ QƏBULU aparacaq
614359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq.

Bizim.Media "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib.

O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.
 

Riyaziyyat və İT elmləri fakültəsində "İnformasiya təhlükəsizliyi", "Data analitikası", "Riyaziyyat", "Kompüter mühəndisliyi" ixtisasları, Təbiət elmləri fakültəsində isə "Biologiya" və "Kimya" ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.


Həmçinin qeyd edilib ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti (İTU) arasında ikili diplom proqramının icrasına başlanması nəzərdə tutulur. Bu proqram çərçivəsində "Ekologiya mühəndisliyi", "Kimya mühəndisliyi", "Mexanika mühəndisliyi", "Elektrik və elektronika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə ikili diplom proqramı reallaşacaq.

P.Ahənçi qeyd edib ki, icrasına sentyabr ayında start verilməsi nəzərdə tutulan bu proqrama İTU-dan da xarici mütəxəssis və müəllimlərin cəlb olunması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO