Bakıda KİŞİ gözəllik salonunda işləyən SEVGİLİSİNİ döydü

Bakıda KİŞİ gözəllik salonunda işləyən SEVGİLİSİNİ döydü

Hazırda oxunan: Bakıda KİŞİ gözəllik salonunda işləyən SEVGİLİSİNİ döydü
614208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kişi gözəllik salonunda sevgilisini döyüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən gözəllik salonunda baş verib.

İttiham aktına görə, 35 yaşlı Fikrət Qasımov (ad və soyad şərtidir) həmin salona gələrək, orada kosmetoloq işləyən sevgilisi ilə dalaşıb.

Səbəb qadının axşam işdən evə gec gəlməsi və Fikrətlə telefonda uca səslə danışması olub. Təqsirləndirilən şəxs bunları qadına irad bildirərkən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət sillə və yumruq zərbələri ilə qeyri-rəsmi nikahda yaşadığı sevgilisinin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Fikrət Qasımov saxlanılıb və barəsində cinayət işi açılıb.
 

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və sevgilisi ilə barışdığını bildirib. Zərərçəkən qadın da həmçinin qarşı tərəfdən şikayətçi olmadığını deyib. Onların hər ikisi məhkəmədən işə xitam verilməsini istəyiblər.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Fikrət Qasımov məsuliyyətdən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO