Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Hazırda oxunan: Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

614024

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, 46 yaşlı kənd sakini Səmədov Seymur Vaqif oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır bədən xəsarəti alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.


Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki hadisəni törədən avtomobilin sürücüsü qəza yerindən qaçıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları tərəfindən avtomobilin tapılması istiqamətində zəruri işlər həyata keçirilir.


Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO