Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində bir neçə gün əvvəl çökmüş körpü bərpa olunur.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, körpünün bərpasına müvafiq qurumun texnikaları və canlı qüvvələri cəlb olunub. Sürücülər isə alternativ yoldan rahat və tıxacsız istifadə etdiklərini bildirdilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirdi ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsindən keçən hissəsində yerləşən, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin çökməsi qeydə alınıb.
Onun sözlərinə görə, aparılmış ilkin texniki qiymətləndirmələr nəticəsində körpünün istismar üçün artıq yararlı olmadığı müəyyən olunub və ötən gündən etibarən qəzalı körpünün sökülməsi istiqamətində zəruri işlərə başlanılıb.
O da qeyd edildi ki, paralel olaraq, ərazidə yeni layihələndirmə və nəqliyyatın dayanıqlı təşkili ilə bağlı müvafiq tədbirlər də həyata keçirilir.
Bizim.Media


































































































