Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

Hazırda oxunan: Bakıda bəzi evlər SÖKÜLƏCƏK: KOMPENSASİYA ÖDƏNİLƏCƏK – FOTO

613081

Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev müəyyən edilib".

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin də razılığı ilə tikilib:

"Lakin o evlərinin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın.

Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO