Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi - FOTO

Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi - FOTO

Hazırda oxunan: Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi - FOTO

612940

Ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədov bu barədə paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında birgə çalışdığı komandaya təşəkkürünü bildirib.

“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur.
 

Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...


Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - A.Əhmədov yazıb.

Xatırladaq ki, TƏBİB-ə yeni icraçı direktor təyinatından sonra bir sıra tibb müəssisələrində rəhbərlik dəyişdirilib. Ötən gün işdən azad olunan A.Əhmədovun yerinə tanınmış pediatr Erkin Rəhimli gətirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO