Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Hazırda oxunan: Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

612795

Tanınmış ədib, şair, nasir və tərcüməçi Yusif Həsənbəyin xəstəxanaya yaranmış borcu ilə bağlı yardım kampaniyası həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu paylaşım edib. 
 

O, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Yusif Həsənbəyin ağır vəziyyətdə özəl xəstəxanalardan birində müalicə aldığını bildirib və qeyd edib ki, yazıçının dövlət xəstəxanasına köçürülməsi üçün əvvəlcə özəl xəstəxanada yaranmış təxminən 2000 manatlıq borcun bağlanması tələb olunur.  


Müraciətdə həmçinin vurğulanıb ki, Yusif Həsənbəyin yaxın qohumu və ya ona dəstək olacaq kimsəsi demək olar ki, yoxdur.

Qısa müddət sonra Səlim Babullaoğlu yeni paylaşım edərək yardım kampaniyasının dayandırıldığını açıqlayıb. O bildirib ki, tələb olunan vəsait toplanıb və kampaniyaya qoşulan hər kəsə təşəkkür edib.

“Yardımları ilə qoşulan hər kəsə təşəkkür edirəm. Tələb olunan vəsait toplandı, kampaniyanı dayandırdıq. Allah heç kimi köməksiz qoymasın. Xəstələr şəfa tapsın”.

Qeyd edək ki, Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Quba şəhərində anadan olub. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədridir. (yenisabah.az)

​​​​​​​Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO