Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Növbəti mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülüb.
Qayıdan ailələrin uzun illər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər olduğu bildirilib.
Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:28 / 12.05.2026
Xocavəndə növbəti köç karvanı yola salındı
Hazırda oxunan: Xocavəndə növbəti köç karvanı yola salındı
Hazırda oxunan: Xocavəndə növbəti köç karvanı yola salındı
612644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































