Azərbaycan bu göstəriciyə görə dünyada İLK ONLUQDADIR

Azərbaycan bu göstəriciyə görə dünyada İLK ONLUQDADIR

Hazırda oxunan: Azərbaycan bu göstəriciyə görə dünyada İLK ONLUQDADIR

612630

“Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir.  Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir:

"Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyin töhfə verən dövlətdir. Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb. Bu gün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir".

Deputat qeyd edib ki, Azərbaycan tarixi günlərini yaşayır:

"Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. 2 gün öncə, Milli Liderin anadan olmasının 103-cü ildönümündə, cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlar ilə görüşdü. Uzun fasilədən sonra,  keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir.

Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Nəhayət, ən əsası, bugünkü Azərbaycan Milli Liderin memarı olduğu dövlətdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO