Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Hazırda oxunan: Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

612569

Laçın şəhərində kanat yolu layihəsi üzrə işlər sürətlə davam etdirilir.

Bizim.Media xəbər verir ki, şəhərin Bulvar ərazisində yerləşən kanat yolu iki hissədən ibarət olacaq.
 

Layihəyə əsasən, kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr təşkil edəcək. Hərəkət müddəti 6 dəqiqə olacaq.


Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət göstərə biləcək.

Qeyd edək ki, kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi hazırda həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.

Kanat yolunun 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO