Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Hazırda oxunan: Paltarları rəngi solmadan necə yumaq olar?

612418

Böyük Britaniyalı alimlər geyimlərin daha uzun müddət yaxşı vəziyyətdə qalması üçün ən uyğun yuma rejimini müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri "Popular Mechanics" portalında dərc olunub.
 

Məlumata görə, mütəxəssislər geyimləri qorumaq üçün onları ən soyuq temperaturda və qısa proqramda yumağı tövsiyə edirlər. Tədqiqat zamanı alimlər bir neçə onlarla futbolkadan istifadə ediblər. Əvvəlcə paltaryuyan maşınlar boş şəkildə işlədilərək içəridə təsadüfi liflərin olmaması təmin edilib. Daha sonra hər yuma dövründən sonra su toplanaraq analiz edilib və yaranan mikroliflər ölçülüb.


Nəticələr göstərib ki, daha yüksək temperatur və uzunmüddətli yuma rejimləri geyimlərin rənginin daha tez solmasına səbəb olur. Xüsusilə (40°C, 85 dəqiqə) proqramı ilə müqayisədə (30 dəqiqə) rejimində rəng itkisi daha az müşahidə edilib.

Alimlər həmçinin tünd rəngli geyimlərdən açıq rəngli geyimlərə boya keçməsini də araşdırıblar.

Məlum olub ki, uzun və isti yuma proqramları ağ paltarların bozarmasına və rəngli geyimlərin solmasına daha çox səbəb olur.

Araşdırmanın yekununa əsasən, aşağı temperaturda və qısa müddətdə yuma yalnız geyimləri qorumaqla kifayətlənmir, həm də suya düşən mikroliflərin miqdarını azaldır, yuyucu vasitələrin istifadəsini minimuma endirir və ətraf mühitə təsiri, o cümlədən karbon emissiyalarını azaldır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO