Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

Hazırda oxunan: Şəmkirdə "Qazel"dən başı kəsilmiş inək tapıldı: 2 nəfər HƏBS OLUNDU

612210

Şəmkirdə yük maşınından başı kəsilmiş inək tapılıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Polis əməkdaşlarının baxış keçirməsi nəticəsində 27 yaşlı Müşfiq Qədirovun (ad və soyad şərtidir) idarə etdiyi “Qazel” markalı avtomobildə başı kəsilmiş inək aşkarlanıb. Bu zaman o və ölmüş inəyin sahibi olan sərnişin 30 yaşlı Cəfər Behbudov ifadə vermələri üçün şöbəyə dəvət olunub.

Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq, şöbəyə getmək istəməyiblər.
 

Bu hərəkətlərinə görə, onlar şöbəyə aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.Saxlanılan şəxslər bildirib ki, heyvan nasaz və köpməsi olduğu üçün ölməmişdən əvvəl kəsiblər.


Daha sonra onu Sabirkənd kəndində bir nəfərə vermək üçün aparıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb. Polislərə ölmüş inəyi itlərə atacaqlarını deyiblər. Onlar şöbəyə dəvət olunsalar da, müxtəlif bəhanələrlə getmək istəməyiblər.

Müşfiq Qədirov və Cəfər Behbudov ifadələrində etdikləri hərəkətin səhv olduğunu başa düşdüklərini və peşman olduqlarını deyərək, məhkəmədən onları bağışlamasını xahiş ediblər.

Məhkəmənin qərarı ilə onların hər biri 8 günlük inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO