Qadınları sürətlə qocaldan səbəb TAPILDI

Qadınları sürətlə qocaldan səbəb TAPILDI

Hazırda oxunan: Qadınları sürətlə qocaldan səbəb TAPILDI

612157

Depressiyanın təkcə əhval-ruhiyyəyə deyil, həm də bədənə təsir etdiyi çoxdan məlumdur. Lakin son tədqiqatlar məsələni tamamilə fərqli bir səviyyəyə qaldırıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər depressiya ilə qandakı müəyyən immun hüceyrələrində müşahidə olunan bioloji yaşlanma əlamətləri arasında təəccüblü bir əlaqə müəyyən ediblər.

Tədqiqatda ümumilikdə 440 qadının qan nümunələri araşdırılıb.

Alimlər həmçinin iştirakçıların son depressiv simptomlarını qiymətləndiriblər. Məlumatlar müqayisə edildikdə, müəyyən emosional simptomlarla bioloji yaşlanma arasında güclü bir əlaqə aşkar edilib.
 

Mütəxəssislər bu hüceyrələrin bioloji yaşını anlamaq üçün DNT-dəki kimyəvi dəyişiklikləri araşdıran xüsusi bir metoddan istifadə ediblər. Bu üsul onlara xronoloji yaşından asılı olmayaraq hüceyrələrin nə qədər "yıprandığını" ölçməyə imkan verir.


Tədqiqatçılar depressiv simptomlar gücləndikcə bu hüceyrələrdə qocalma sürətinin artdığını müşahidə ediblər.

Ümidsizlik hissi və əvvəllər zövq verən əyləncələrdən uzaqlaşma kimi simptomlar xüsusilə diqqətəlayiqdir. Psixologiyada "anxedoniya" kimi təyin olunan bu vəziyyətin tədqiqatdakı bioloji dəyişikliklərlə güclü əlaqəli olduğu aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO